Ermənistan Azərbaycanla normal münasibət qurmaq üçün bir sıra addımlar atmalıdır -NAQİF HƏMZƏYEV

  • By admin
  • 18 Mart 2021 18:34

“Ermənistan məğlubiyyətin nəticələrini doğru-düzgün təhlil edə bilmir və region dövlətləri ilə dostluq münasibətləri qurmağa maraq göstərmir”.

 

Bunu  millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın bu davranışının arxasında müxtəlif səbəblər dayanır:

 

“Bunlardan biri ondan ibarətdir ki, Ermənistan məğlubiyyətini qəbul edə bilmir. Ikincisi, Ermənistanda daxili çaxnaşma günü-gündən artmaqdadır. Hakimiyyətlə müxalifət ortaq məxrəc tapa bilmir. Ermənistanın problemləri günü-gündən artır.

  • Ermənistan Azərbaycanla normal münasibət qurmaq üçün bir sıra addımlar atmalıdır ki, indiki şəraitdə bunlardan biri minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdir. Lakin Ermənistan bugünə qədər də həmin xəritəni Azərbaycana verməyib. Ancaq Ermənistan gec-tez öz məğlubiyyəti ilə barışmalı, Azərbaycanın bütün istəklərini yerinə yetirməli olacaq. Əməkdaşlıqdan imtina etmək, məkirli niyyətlərlərini davam etdirmək, əldə edilən razılaşmaların reallaşmasına süni maneələr yaratmaq cəhdi Ermənistan üçün daha ağır, daha faciəvi nəticələrə səbəb olacaq”.

Gununsesi.info