Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır

  • Müəllif: ilhame
  • 27 İyun 2024 13:00

Ermənistan hesab edir ki, Türkiyə ilə diplomatik münasibətlər qurmağın vaxtıdır.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

 

Ermənistan tərəfi həmçinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün də sərhədi açmağa hazırdır.

Gununsesi.info