“Güclü Ermənistan” müxalifət fraksiyasının rəhbəri Narek Karapetyan bildirib ki, Ermənistan ölkə ticarətinin yarıdan çoxunu təşkil edən Rusiya ilə iqtisadi münasibətlərə son qoymaq yolundadır.
Gununsesi.info xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, siyasətçi bu açıqlamanı parlament brifinqində verib.
Onun sözlərinə görə, Rusiya ilə mövcud iqtisadi vəziyyət olduqca ağırdır və növbəti altı ay ərzində yalnız pisləşəcək, ona görə də rəsmi Yerevan mövcud iqtisadi çıxılmaz vəziyyətdən çıxmaq üçün bir həll yolu tapmalıdır.
“…çünki biz ticarət dövriyyəmizin 65%-nin əlaqəli olduğu bir ölkə ilə iqtisadi münasibətlərə son qoymaq istiqamətində irəliləyirik”, – deyə Karapetyan vurğuladı və Ermənistanın nə normal iqtisadi münasibətlərinin, nə də Avropa Birliyinə ixracının olduğunu xatırlatdı.
“Fransaya ixracat son səkkiz ildə 10-15% azalıb”, – deyə deputat bildirib.
Maqsud












