
Ermənistan aktiv şəkildə Azərbaycanla müharibəyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Hərbi-analitik portalın “Youtube” kanalında yayımlanan süjetdə bu hazırlığın planlı və məqsədyönlü şəkildə aparıldığı bildirilir.
Qeyd olunur ki, Fransa Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin, Paris artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.
Daha ətraflı sözügedən süjetdə: