Xəbər verdiyimiz kimi, Putin və Paşinyan arasında keçirilən görüş olub.
Görüşün əsas müzakirə mövzusu Ermənistanın xarici siyasət kursu və qarşıdan gələn parlament seçkiləri olub.
Gununsesi.info-nun xəbərinə görə, Kreml görüşündə Putin bildirib ki, Ermənistanın Aİ- ilə əlaqələrini inkişaf etdirməsinə Moskva sakit yanaşır.
Lakin o, eyni zamanda ölkənin həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqı üzvü ola bilməyəcəyini vurğulayıb və İrəvanın seçim etməli olduğunu qeyd edib.
Paşinyan isə çıxışında Ermənistanın Azərbaycanla sülhə nail olduğunu və Azərbaycan ərazi bütövlüyünü tanıdığını bildirib. O, həmçinin Qarabağ məsələsinin artıq bağlandığını və bu mövzunun gündəmdən çıxarılmalı olduğunu deyib.
Görüş fonunda Ermənistan daxilində siyasi mübarizənin gücləndiyi, xüsusilə Robert Köçəryan və iş adamı Samvel Karapetyan kimi fiqurların seçkilərdə rol oynaya biləcəyi qeyd olunur.
Politoloq Turan Rzayev saytımıza açıqlamasında bildirib ki, seçkilər ərəfəsində Qərb–Rusiya rəqabəti Ermənistan daxilində daha da kəskinləşə bilər.
O, həmçinin deyib:
“Bununla belə, hazırkı mərhələdə Paşinyanın seçkilərdə üstün mövqedə olduğu bildirilir”.
Orxan












