Fəlakətin astanasının qarşısı alındı: - Eniş zamanı təyyarənin təkəri partladı

  • Müəllif: Orxan
  • 09 Yanvar 2025 11:10

Japan Airlines şirkətinə məxsus sərnişin təyyarəsinin Haneda hava limanına eniş edərkən təkəri partlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xoşbəxtlikdən insident nəticəsində ölən və yaralanan olmayıb, lakin uçuş-enmə zolağının təxminən 25 dəqiqə bağlı qalması səbəbindən 15 reys gecikib.

Bildirilib ki, taksi yoluna çəkilən təyyarə təkər dəyişdirildikdən sonra aprona yaxınlaşıb.

Orxan Saffari

Gununsesi.info