Fransada hücum zamanı 2 nəfər öldürülüb, xəsarət alan var

  • By admin
  • 15 Noyabr 2020 09:14

Fransanın qərbindəki Şole kommunasında iki nəfər qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən BFMTV telekanalı bildirib.

Qeyd edilir ki, hücum zamanı həmçinin bir qadın ağır yaralanıb.

Kommuna rəhbərinin sözlərinə görə, başından xəsarət alaraq öldürülmüş iki kişinin meyiti küçənin ortasında tapılıb. Ağır yaralanan qadın öldürülənlərdən birinin arvadıdır. O, xəstəxanaya yerləşdirilib.

Cinayətlərin törədilməsində 35 yaşlı kişi şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, həmin şəxsin başqa cinayət əməlləri də polisə məlumdur.

Cinayətin motivi hələ məlum deyil.

 

 

Gununsesi.info