Fuad Qəhrəmanlı pul almasına dair videogörüntülərdən danışdı

  • By admin
  • 12 Fevral 2026 18:27

AXCP sədrinin Fransada yaşayan müavini Fuad Qəhrəmanlı DTX-nin “Ramiz Mehdiyev İşi” ilə bağlı yaydığı video görüntülərdə xüsusi bir otaqda pul alması barədə fakta münasibət bildirib. 

Gununsesi.info-nun xəbərinə görə, Fuad Qəhrəmanlı həmin görüntülərlə bağlı bunları deyib:

“2010-cu ildə Həsən Kərimov xəstə olarkən onun icra başçısı işlədiyi dövrdə özünə müəyyən maddi imkanlar əldə etmiş bir şəxsin istəyi ilə o adamla görüşmüşəm. O da görüşdə xahiş etdi ki, bu pulu  Türkiyədə müalicəsi üçün ona çatdırm. İndi onu da gizlincə çəkib yayıblar. Mən də görüşdən sonra o pulu necə varsa, aparıb Həsən bəyə təqdim etmişəm və o adamın onun haqqında yüksək fikirlərini, salamlarını  çatdırmışam. Həsən bəy də o pulla Türkiyə müalicəyə getdi sonradan. Sonra da o adamın istəyi ilə onunla bir neçə dəfə görmüşük və o da mənə üst üstə  iki min dollar pul verib. Bununla o adam mənə yardım etdiyini deyib. İndi bəlli olur ki, əslində, bunlar çəkiliş üçün imiş”.

Gununsesi.info