Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə gegional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.
Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.












