Gəncədə yeniyetmə​ bıçaqlandı

  • Müəllif: Firuzə
  • 07 May 2026 09:19

Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb.

Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, həmyaşıdlar arasında mübahisə zamanı şəhər sakini, 2012-ci il təvəllüdlü S.H. bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gununsesi.info