Giorgi Qaxaria: “’Virusun idarə edilməsi üçün əlavə məhdudiyyətlər tətbiq etməliyik”

  • By admin
  • 11 Sentyabr 2020 16:17

Gürcüstanda sərt iqtisadi məhdudiyyətlər tətbiq edilməyəcək.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ölkə epidemioloji sahədə, kliniki idaarəetmədə nailiyyətlər əldə edib, buna görə də təşvişə ehtiyac yoxdur. Baş nazir əlavə məhdudiyyətlərin tətbiqini də istisna etməyib: “Biz virusu effektiv şəkildə idarə etməliyik. Tibbi maskadan istifadə etmək kimi tələblər ağır tələblər deyil, amma görünür, biz bəzi məhdudiyyətlər tətbiq etməliyik və düşünürəm ki, vətəndaşlarımız bunu anlayışla qarşılamalıdırlar”.

 

 

Gununsesi.info