Goranboyda mikroavtobus aşdı: 4 NƏFƏR ÖLDÜ

  • By admin
  • 18 Avqust 2021 21:34

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, “Ford” markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər dünyasını dəyişib, 10-dan artıq şəxs yaralanıb.

Məlumata görə, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub. Onlar Yevlax rayonuna qayıdarkən qəzaya düşüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info