Göygöldə yerlisini dəmir parçası ilə vuran şəxs saxlanılıb

  • Müəllif: admin
  • 24 Avqust 2020 09:22

Göygöldə yerlisini vuran şəxs saxlanılıb.

Gununsesi.info bildirir ki, APA-nın məlumatına görə, 2000-ci il təvəllüdlü Abbaslı Nazim Araz oğlu ilə 1981-ci il təvəllüdlü Niftəliyev Natiq Nizami oğlu arasında mübahisə yaranıb. 

Bu zaman N.Abbaslı dəmir parçası ilə Niftəliyev Natiqin qarnına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info