Göygöldə zəhərlənən məktəblilər evə buraxılıb

Göygöldə orta məktəbdə kütləvi zəhərləndiyi ehtimal olunan şagirdlər evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, hadisə dünən baş verib.

Aşıqlı kənd orta məktəbinin müxtəlif siniflərində oxuyan 10 şagird xəstəxanaya aparılıb və oradan isə evə buraxılıb.

Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlama yayıb və “Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı özünü pis hiss edən şagirdlərin xəstəxanadan evə buraxıldığı” qeyd edilib.

Şagirdlərin məktəbin bufeti və ya yaxınlıqda yerləşən marketlərdən birindən qida ala biləcəyi ehtimal olunur.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Gununsesi.info