“Green Card” müraciətlərini dayandırır

  • Müəllif: Firuzə
  • 08 Oktyabr 2026 20:46

ABŞ administrasiyası “Microsoft” şirkətinin H-1B vizası ilə çalışan xarici mütəxəssislər üçün daimi yaşayış icazəsi — “Green Card” alınmasına dair müraciətlərini müvəqqəti dayandırır.

Gununsesi.info xəbər verir ki, qərarı Ağ Evdə keçirilən mətbuat konfransında vitse-prezident Cey. Di. Vens açıqlayıb. O, şirkəti amerikalı əməkdaşları ixtisar edərək onların yerinə xarici işçilər cəlb etməkdə və müvafiq proqramdan sui-istifadədə ittiham edib.

Vens bildirib ki, hesablamalara əsasən, “Microsoft” ixtisar etdiyi hər amerikalı əməkdaşın əvəzinə təxminən 1,5 xarici işçi qəbul edib.

Gununsesi.info