Gültəkin Hacıbəyli Ramiz Mehdiyev haqqında elə sözlər dedi ki…

  • By admin
  • 23 Avqust 2020 17:21
Ötən illər ərzində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təhdid və təzyiqləri ilə üz-üzə qalan Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli mehdiyevlərin toy qalmaqalından yazıb.
Gununsesi.info həmin qeydləri təqdim edir:
“Nə yaxşı ki, Ramiz Mehdiyev ölmədi! Bu günləri də gördü! Allahdan ona həyatda etdikləri bütün iyrəncliklərin bədəlini ödəyəcək qədər uzun ömür arzulayıram!
Çox evlər yıxmışdı, indi erməni külfətilə birlikdə öz tifaqının dağılmasını, qürurunun ayaqlar altına sərilməsini, sındırılmasını seyr edib zövq alsın!
Ramiz Mehdiyevin seçdirdiyi, onun göstərişilə vaxtilə bizim üstümüzə gələn deputatcığazların, publiçnı sayt rəhbərlərinin indi baş-başa verib boz kardinalı aşağılamasını seyr etmək necə də gözəldir!
Bütün deputatlar, yal mediası, cib müxalifəti danışmalıdır, Mehdiyevin, ona tərif deyən dünyanın ən qürursuz, ən rəzil Universitet rektoru Abel Məhərrəmovun adını çəkməklə, onları ifşa etməklə danışmalıdır! Eynilə Ramiz Mehdiyevin komandası ilə bizləri “ifşa edərkən” danışdıqları kimi.
Ramiz Mehdiyev ona, rejimə asi olan adamların toyuna, yasına da nəzarət edirdi. Ora gedən insanları işdən çıxarırdı, polis bölmələrinə apartdırırdı ki, heç kim bir də qorxusundan toyumuza, yasımıza gələ bilməsin, bizə salam verməsin!
İndi Ramiz Mehdiyevin öz toyunu yasa çevirdilər. Orada iştirak edən insanları polis bölmələrinə aparırlar, aşağılayırlar, ictimai qınağa hədəf edirlər. Əminliklə deyim ki, Ramiz Mehdiyev sabah ölsə, erməni qohum-əqrəbasından başqa yasına gələn də olmayacaq. Fəxri Xiyabanı isə, ümumiyyətlə, unutsun))).
Hələ bunlar nədir ki?! Onun övladlarının üzünə adam qoyulmasını, bütün əmlakının əlindən alınmasını da görəcəyik, inşallah! Eynilə, Ramiz Mehdiyev özü etdiyi kimi!
Akademikin bütün təcrübələri ona və ailəsinə qarşı tətbiq ediləcək, ölmədən əkdiyi bütün ağacların barını dadacaqdır, çünki Ramiz Mehdiyevin heç vaxt inanmadığı və aşağıladığı Allah böyükdür və ədalətlidir!”
Gununsesi.info