Güneyli şair AYB üzvlüyündən imtina etdi

  • By admin
  • 26 Oktyabr 2022 13:17

Əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan və hazırda Bakıda yaşayıb-yaradan tanınmış şair Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə tanınmış şair özünün sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, azad ədəbiyyat naminə və yaradıcılıq həyatının hörmətinə, ədalətsizliklərdən uzaq durmaq üçün qurumun üzvlüyündən uzaqlaşır:

“Eləcə də bir çox səbəblərə görə, mən güneyli şair, yazıçı, tərcüməçi Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyündən imtina edirəm!”

Gununsesi.info