Gürcüstan Rusiya ilə sərhədi bağladı

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 19:40
gürcüstan gömrük

Gürcüstan hakimiyyəti Devdoraki dərəsində suyun səviyyəsinin qalxması səbəbindən Rusiya ilə Kazbegi-Yuxarı Lars sərhədini bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlar çayda quraşdırılmış erkən xəbərdarlıq sisteminin suyun səviyyəsinin qalxması barədə xəbərdar etdiyini bildiriblər.

Nazirlik bildirib ki, “Protokola uyğun olaraq, məntəqədəki vətəndaşlar, patrul polisi əməkdaşları, sərhəd polisi və orada işləyən özəl şirkətlərin nümayəndələri təxliyə edilib”.

Bundan əlavə, iki ölkə arasında sərhədə yaxın yerləşən Qveleti kəndi yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Gununsesi.info