Gürcüstanda peyvənd vurduranlara güzəştlər edilə bilər

  • By admin
  • 28 Aprel 2021 22:38

Gürcüstanda komendant saatı və digər məhdudiyyətlət koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul etmiş şəxslər üçün ləğv edilə bilər.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Onun sözlərinə görə, Mərkəz növbəti həftə koronavirus peyvəndinin hər iki dozasını qəbul etmiş şəxslərə qoyulan məhdudiyyətlərin ləğvi təşəbbüsü ilə İdarələrarası Koordinasiya Şurasına müraciət edəcək.

“Digər ölkələrin nümunəsində biz peyvənd olunanların komendant saatı dövründə sərbəst hərəkət etmə hüququ və xaricə səyahət üçün xüsusi sənəd alacaqları ilə bağlı bir neçə versiyanı nəzərdən keçirdik. Biz digər icazələr üzərində də işləyirik və əhalinin daha tez, tamamilə peyvənd olunması üçün onları qabaqcadan deyə bilmirəm”, – deyə Qamkrelidze bildirib.

O qeyd edib ki, mayın 15-dək Gürcüstanda 14 minə yaxın şəxs tam vaksinasiyadan keçəcək.

Qeyd edək ki, Gürcüstanda koronavirus əleyhinə peyvəndləmə martın 15-dən başlayıb

Gununsesi.info