Gürcüstanda Şərq-Qərb magistralı bu tarixdə hazır olacaq -Kobaxidze

  • Müəllif: Firuzə
  • 08 Fevral 2026 23:17

Gürcüstanın strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı funksiyasını, tranzit funksiyasını inkişaf etdirməkdir.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze POSTV-yə müsahibəsində bildirib.

Hökumət başçısı qeyd edib ki, bunun üçün çox böyük investisiyalar qoyulur. “Planımıza görə, 2030-cu ilin sonuna qədər yolun demək olar ki, bütün əsas hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər tamamlanacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Gununsesi.info