Gürcüstanda turistləri daşıyan mikroavtobuslar toqquşdu

  • By admin
  • 28 İyun 2022 20:38

Gürcüstanın Mtsxeta şəhəri yaxınlığında yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, Nataxtari kəndi yaxınlığında turistləri daşıyan iki mikroavtobus toqquşub.

Nəticədə bir turist ölüb, bir neçə nəfər isə xəsarətlər alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları səfərbər olublar.

Gununsesi.info