Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident olub

  • By admin
  • 05 Aprel 2021 23:10

Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Qabal kəndində insident olub.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.

Yerli sakinlərin sözlərinə görə  insidentdən öncə mübahisə baş verib.

Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.

Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir.

Gununsesi.info