ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır.
Gununsesi.info xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib.
“Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir”, – o “X” sosial media hesabındakı paylaşımda bildirib.
M. Xameneinin fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır.
Xamenei müraciətində İranının maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstəriləcəyinə söz verib.












