Həkimlərdən çağırış: Suni zəka insan sağlamlığına zərər verə bilər

  • By admin
  • 10 May 2023 10:11

Son dönəmlərdə dünyada inqilabi yenilik olan Suni Zəka milyonlarla insanın istifadə etdiyi bir teznoloji imkan halına gəlib. Suni Zəkanın müsbət tərəfləri ilə yanaşı, onun insanlıq üçün təhlükəli ola biləcəyini deyənlər də var.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xalq sağlamlığı mütəxəssisləri Suni Zəkanın insan sağlamlığı üzərində mənfi təsirlərini açıqlayıblar.

Onlar Suni Zəkanın milyonlarla insanın mövzudiyyəti üçün təhdid yarada biləcəyini söyləyirlər.

Tibb dünyası Suni Zəkanın xəstəliklərin təşxisini yaxşlaşdıracaq, xəstələri sağaltmanın daha yaxşı yollarını taparaq qulluğunu daha çox insana yayaraq sağlıq xidmətlərində inqilab etmə potensialınının olduğunu vurğulayırlar.

Ancaq “BMJ Global Health” dərgisinin yazısına görə, Amerika, Avstraliya, Malaziya, İngiltərə və Kosta-Rikadan olan sağlıq mütəxəssisləri suni zəkanın insan sağlamlığı üzərində mənfi təsirlər yaratma ehtimalının olduğunu dilə gətirirlər.

Dünyaca tanınmış İlon Mask da Suni Zəka ilə bağlı gərəkli düzəlişlər edilənədək buna uyğun çalışmaların dayandırılması üçün çağırış etmişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info