Hərbi təyyarə qəzaya uğradı: ölü və yaralılar var

  • By admin
  • 10 Fevral 2021 14:41

Cənubi Amerika ölkəsi Paraqvayda Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, nəticədə 7 nəfər həlak olub.

Image result for Paraguay’da askeri uçak düştü! Ölü ve yaralılar var

19 yaşlı tələbə Xose Daniel Zavan yaralı halda tapılaraq xəstəxanaya çatdırılıb.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “Nu Guasu” aviabazasına eniş etməyə çalışan “Cessna 402” tipli hərbi təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilib.

Təyyarə hərbi nəqliyyat vasitəsi kimi istifadə edilirmiş.

İstintaq davam edir.

Gununsesi.info