“Haribo” marmeladlarında narkotik maddə aşkarlandı

  • Müəllif: Günel
  • 30 May 2025 08:39

Niderlandda məşhur “Haribo” marmeladlarında narkotik maddə – çətənə aşkar edilib.

Gununsesi.info -nun məlumata görə, bu barədə yerli hökumət orqanları məlumat verib.

Hadisə bir neçə nəfərin şirniyyat yedikdən sonra halının pisləşməsi ilə bağlı şikayətlərindən sonra ortaya çıxıb. Yoxlamalar nəticəsində şübhəli partiyada həqiqətən də narkotik tərkibli maddə tapılıb.

“Haribo” şirkəti məsələ ilə bağlı dərhal açıqlama verərək, şübhəli partiyanın satışdan geri çağırılacağını bildirib. Hazırda çətənənin məhsula necə və hansı şəraitdə düşdüyü araşdırılır.

Gununsesi.info