Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

  • By ilhame
  • 12 Yanvar 2024 19:12

Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Agentlik məlumat yayıb.

 

Məlumata görə, xəbərdarlıqda deyilir ki, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhər səhərə kimi davam edəcək.

 

Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.

 

Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.

 

Gununsesi.info