Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: 27 dekabradək...

  • By admin
  • 25 Dekabr 2021 09:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Gununsesi.info-ya xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-i axşamdan 27-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 25-dən 28-dək cənub-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Gununsesi.info