Həbsdəki jurnalist qapalı həbsxanaya köçürülüb

  • Müəllif: admin
  • 23 Sentyabr 2025 12:25

Penitensiar Xidmətinin 2 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Arzu Məmmədov qapalı həbsxanaya köçürülüb. 

 

Bu barədə Gununsesi.info-ya adıçəkilən jurnalistin atası Sayad Məmmədov deyib.

Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilən oğlu əvvəlcə 10 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülsə də sonradan müəmmalı səbəbdən onu 2 Saylı Cəzaçəkmə Müəssisinə köçürüblər.

Sayad Məmmədovun sözlərinə görə, dünən vəkil Zibeyda Sadıqova 2 Saylı Cəzaçəkmə Müəssisinə getsə də Arzu Məmmədovun orada olmadığının şahidi olub: “Vəkilə bildiriblər ki, Arzu burada yoxdur”.

Vəkil Zibeydə Sadıqova isə saytımıza açıqlamasında Azru Məmmədovun qapalı həbsxanaya köçürüldüyü təsdiqləyib: “Arzu Məmmədova 6 ay müddətinə qapalı həbsxana cəzası verilib”.

Vəkil  bildirib ki, jurnalistlə görüşmək üçün adıçəkilən həbsxanaya gedəcək: “Arzunu rejim qaydalarını pozmaqda günahlandırırlar. Mən onun üzləşdiyi durumla bağlı Ombudsmana müraciət etmişəm. Ombudsman da öz növbəsində Penitensiar Xidmətin rəisinə yazıb”. 

Afət

Gununsesi.info