Hikmət Hacıyev xarici jurnalistləri qəbul etdi, suallarını cavablandırdı - FOTOLAR

  • By admin
  • 14 Dekabr 2020 01:38

Dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə – Füzulidə, Ağdamda, eləcədə ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.

Gununsesi.info xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə yollanan xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olublar. Məcburi köçkünlərlə görüşərək gerçəklərihəm də işğal hadisələrinin canlı şahidlərinin dilindən eşidiblər.

Dekabrın 12-də Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib və onların suallarını cavablandırıb.

Hikmət Hacıyev Ermənistanın işğalçılıq siyasəti və son vəziyyətlə bağlı əcənbi jurnalistləri məlumatlandırıb.

Prezidentin köməkçisi xüsusilə ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə danışaraq nə zamansa maddi müsətvidə dəyən zərərin bərpa olunacağını, ancaq maddi və mədəni zərərin çətin sağalacağını deyib.

Hikmət Hacıyevlə görüşdə Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazl, əcnəni jurnalistlər, Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland),Albert Naya (CNN İspanyolca),Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazitə (GJC) iştirak edib.

Elşad Eyvazlı bildirib ki, yaxın vaxtlarda məşhur dünya media qurumlarının təmsilçilərindən ibarət daha bir qrup Azərbaycana gələcək:

“Hesab edirik ki, bundan sonra təbliğat məsələlərində işlərimizi daha da intensivləşdirməliyik. Bu mənada qarşıda görüləcək xeyli işlər var”.

Gununsesi.info