Hindistan Rusiya neftinin idxalını azaltmayıb – Reuters.

ABŞ prezidenti Donald Trampın təzyiqlərinə baxmayaraq, Nyu-Dehli neft emalı zavodlarını Rusiya neftinin idxalını azaltmaq barədə məlumatlandırmayıb.

Bu barədə Gununsesi.info Reuters-a istinadən xəbər verir.

Zavodlar artıq noyabr ayında Rusiya neftinin yüklənməsi üçün sifarişlər verib, həmçinin dekabr partiyalarının bir hissəsini də əvvəlcədən planlaşdırıb.

Məlumata görə, bu ay Hindistana Rusiya neftinin idxalı təxminən 20 faiz artacaq.

 

Günay

Gununsesi.info