Hindistanda festival atraksionu aşdı: 4 nəfərin öldüyü VİDEO

  • By admin
  • 23 Yanvar 2023 17:25

Hindistanda faciə baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verirk ki, festival zamanı kran atraksionu aşıb. Tamil Nedu bölgəsindəki məbəddə gerçəkləşdirilən Draupathi Amman şənlikləri əsnasında üstündə şou edən insanların asılı olduğu kranın devrilib.

Olay zamanı orada olan 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisə axşam saatlarında olub. Faciədən sonra kranın idarəçisi nəzarət altına alınıb. Olayla bağlı araşdırmalar başladılıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info