Hizbullah və İslam Müqavimət Təşkilatının İsrailə raket hücumu

Hizbullah və İslami Müqavimət Təşkilatı Livanın Marun ər-Ras şəhəri yaxınlığında İsrail qüvvələrinin raket hücumlarına məruz qaldığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın Marun ər-Ras qəsəbəsi yaxınlığında İsrail qüvvələrinin raket hücumu ilə hədəf alındığı, İsrailin Safed şəhərinin də ardıcıl raket hücumlarına məruz qaldığı bildirilib.

İslami Müqavimət Təşkilatı tərəfindən verilən ayrıca açıqlamada Marun ər-Ras qəsəbəsinin cənub-qərb kənarında yerləşən İsrail əsgərlərinin raketlə vurulduğu qeyd edilib.

Hücumlarla bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.

Orxan Saffari

Gununsesi.info