Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib - Tramp

  • Müəllif: Firuzə
  • 31 Mart 2026 21:52

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib.

 Gununsesi.info  xəbər verir ki, bu barədə o, “New York Post” qəzetinə müsahibəsində bildirib.

“Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”, – deyə Tramp qeyd edib.

O, həmçinin İranın “tam məhv edildiyini” deyib.

“Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp qeyd edib.

Gununsesi.info