Hulusi Akar İranla sərhədə getdi

  • By admin
  • 14 Avqust 2021 17:33

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-İran sərhədinə baş çəkib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazir Vanda helikopterlə sərhəd xəttindəki vəziyyətlə tanış olub. Daha sonra nəzarət-müşahidə məntəqələri ilə tanış olan nazir əsgərlərlə görüşüb. H.Akar hərbçilərə Türkiyə bayrağını təqdim edib.

Görüşdə həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever iştirak edib.

Gununsesi.info