İcra başçısı sakinləri qəbul edib

  • By admin
  • 25 Oktyabr 2022 15:29
Həftəlik qəbul cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərini qəbul edib.
Gununsesi.info bildirir ki, qurumun inzibati binasında keçirilən görüşdə İcra Başçısı aparatının məsul şəxsləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan qarşılaşdıqları problem və çətinliklər bərədə ətraflı məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri mənzil təminatı, əlillərin sosial təminatı, vətəndaşların pasport qeydiyyatı, əlil qazilərin məşğulluğu, sərgi layihəsinə dəstək, tikintiyə icazə və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə baglı aparat əməkdaşlarına bir sıra göstəriş və tapşırıqlar verdi.
İcra başçısı sakinləri narahat edən məsələlərlə baglı onlara geniş izahat verdi.Qaldırılan bir qism məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla inzibati binada və səyyar qaydada həftəlik görüş və qəbulları davam edir.