İlham Əliyevin “Cəsur döyüşçü” adına layiq gördüyü Vüsal Musayevə şəhid adı verilmədi - PREZİDENTƏ ŞİKAYƏT/ VİDEO

  • By admin
  • 24 May 2021 00:05

Bir müddət bundan əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında intihar edən İkinci Vətən Müharibəsi qazisi Musayev Vüsal Eldar oğluna şəhid adı verilməsindən imtina edilib.

Bu barədə Gununsesi.info-ya mərhum hərbçimizin atası  Eldar Musayev bildirib.

Qeyd edək ki,  İkinci Qarabağ savaşında  aldığı ağır kəllə-beyin travmasından sonra Vüsal Musayevdə ruhi -əsəb pozğunluğu yaranmışdı. Şiddətli ağrılara dözməyən qazimiz hospitalın hamamında özünü asaraq öldürmüşdü.

Bu günlərdə isə Vüsala şəhid adı verilməsi üçün Müdafiə Nazirliyinə müraciət edən valideynləri onları şoka salan cavab alıblar.

Belə ki, həmin cavabda Vüsal Musayevə şəhid adının verilməsindən imtina olunduğu yazılıb. Halbuki, Vüsal Musayev şəhid kimi dəfn edilib və yerli icra hakimiyyəti  rəhbərləri, millət vəkilləri və media nümayəndələri  onun dəfninə qatılıb.

Onu da bildirək ki, prezident İlham Əliyev Vüsal Musayevi “Cəsur Döyüşçü” medalı ilə təltif edib.

Əslən Kəlbəcərdən olan şəhidin atası Eldar Musayev Müdafiə Nazirliyinin cavabından hiddətlənərək, Prezident İlham Əliyevə şikayət edib.

Gununsesi.info  Eldar Musayevin ölkə rəhbərinə etdiyi video müraciəti təqdim edir:

Gununsesi.info