İlham Əliyevin Rizədə iştirakı bizi qürurlandırdı – BABAOĞLU

  • By admin
  • 14 May 2022 20:13

Azərbaycan Prezidenti İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməklə bütün Türkiyə kimi, bizi də qürurlandırdı. Prezidentin çıxışını dinləmək çox xoş idi. Sevincimizin həddi-hüdudu yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edən Bayburt vilayətinin sakini Çingiz Babaoğlu Azərtac-a müsahibəsində bildirib.

“Can Azərbaycana canımız fəda. Prezident İlham Əliyevlə fəxr edirik. Qarabağ Zəfərini bizlərə, Azərbaycan və Türkiyəyə yaşadan şəhid və qazilərinizin qarşısında baş əyir, dəyərli Ali Baş Komandana sonsuz minnətdarlığımızı çatdırırıq”, – Babaoğlu qeyd edib.

O, əminliklə bildirib ki, Rizə-Artvin Hava Limanı bölgədə böyük canlanma yaradacaq və hər dəfə təyyarələrin səsi eşidiləndə Azərbaycan-Türkiyə qardaşlığının təntənəsini xatırladacaq.

Gununsesi.info