İndoneziyanın Sumatra adasında baş verən ölümcül daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 631-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fəlakət Agentliyi məlumat yayıb.
Agentliyin məlumatında bildirilib ki, bir milyon insan təxliyə edilib.
Xilasedicilər hazırda itkin düşmüş hesab edilən 472 nəfərin axtarışını davam etdirirlər. Hökumət qurumları və beynəlxalq yardım təşkilatları isə bölgəyə humanitar yardımın çatdırılması üçün səfərbər olunub.
Təbii fəlakət nəticəsində bir sıra yaşayış məntəqələri tamamilə su altında qalıb, infrastruktur ciddi ziyan görüb.
Günay













