“İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək” - ƏRDOĞAN

  • By admin
  • 02 Oktyabr 2020 16:43

“Qardaş Azərbaycan həm torpaqlarını müdafiə etmək, həm də işğal altındakı torpaqlarını azad etmək üçün böyük bir hərəkata başlayıb”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub.

“Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”, – deyə Ərdoğan qeyd edib.

 

 

Gununsesi.info