İran ABŞ gəmilərinin üzərinə pua göndərdi

  • Müəllif: Firuzə
  • 01 Fevral 2026 20:37

Irana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Flightradar24” resursu məlumat yayıb.

Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib. Komandanlıq bildirib ki, ABŞ hərbi gəmilərinin üzərindən uçuşlar və ya İran sürət gəmilərinin ABŞ gəmilərinə təhlükəli yaxınlaşması kimi manevrlər qəbul olunmayacaq.

CENTCOM açıqlamasında vurğulayıb ki, “ABŞ qüvvələri, regional tərəfdaşlar və ya kommersiya gəmiləri yaxınlığında hər hansı təhlükəli və ya qeyri-peşəkar davranış münaqişə və eskalasiya riskini artırır”.

Gununsesi.info