İran parlamenti Avropa Birliyi ölkələrinin silahlı qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Gununsesi.info xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib.
“Cavab addımları” Qanununun 7-ci maddəsinə əsasən, SEPAH-ın terror təşkilatı kimi tanınmasına cavab olaraq, Avropa ölkələrinin silahlı qüvvələri terrorçu qruplar hesab olunur və bu hərəkətlərin nəticələri AB-nin üzərinə düşəcək”, – Qalibaf bildirib.











