ABŞ-nin Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın Küveytə ballistik raket atması ilə bağlı xəbər yayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məlumat komandanlığa məxsus “X” sosial şəbəkəsində paylaşılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın dövlət televiziyası ölkənin cənubundakı Bender Abbas istiqamətində 3 dəfə partlayış səsinin eşidildiyi barədə məlumat yayıb. Bundan sonra ABŞ İranın cənubundakı hərbi bazaya zərbə endirildiyini təsdiqləyib. Bildirilib ki, həmin baza ABŞ qüvvələrinə və ticari nəqliyyat vasitələrinə təhlükə yaradırmış. İranın buna cavab olaraq Küveyti hədəf aldığı iddia edilir.












