İranda etirazlarda daha bir gənc qız ÖLDÜRÜLDÜ - FOTO

İranda gənc etirazçı qız hökumət qüvvələri tərəfindən öldürülüb.

Gununsesi.ino  “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, İranda öldürülən daha bir gənc qızın kimliyi məlum olub.

O, xüsusi təyinatlı qüvvələrin başına endirdiyi rezin dəyənək zərbələri nəticəsində həyatını itirib. 

Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Xüsusi təyinatlı qüvvələrin dəyənək zərbələri nəticəsində qətlə yetirilən şəxsin Sarina İsmayılzadə adlı yeniyetmə qız olduğu bildirilir.  
16 yaşlı Sarinanın aldığı zərbələrdən kəllə sümüyünün zədələnməsi nəticəsində həlak olduğu qeyd edilib.

Gununsesi.info