İraqın Ali Federal Məhkəməsi keçmiş xarici işlər naziri Hoşyar Zəbarinin prezident seçkilərində iştirakdan kənarlaşdırılması ilə bağlı yekun qərar qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Shafak News” informasiya portalı məlumat yayıb.
Hakimlər bir neçə il əvvəl korrupsiyada ittiham olunan Zəbarinin prezidentliyə namizəd ola bilməyəcəyini bildirən bir qrup deputatın iddiasını təmin ediblər.
Fevralın 6-da federal məhkəmə parlamentin prezidentliyə namizədlərlə bağlı səsverməsinə bir gün qalmış keçmiş nazirə qarşı rüşvətxorluq ittihamlarını əsas gətirərək Zəbarinin namizədliyini müvəqqəti olaraq dayandırıb.
Zəbariyə qarşı korrupsiya şübhələri onun maliyyə departamentinə rəhbərlik etdiyi 2016-cı ilə təsadüf edir. İttihamlar təsdiqini tapmasa da, nazir vəzifəsindən istefa verməyə məcbur olub.
Gununsesi.info