İsrail təhlükəsizlik qüvvələri HƏMAS-ın məhv edilən liderinin bacılarını saxlayıb

  • By ilhame
  • 14 Yanvar 2024 10:10

İsrail təhlükəsizlik qüvvələri yanvarın əvvəlində öldürülən radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Arurinin iki bacısını saxlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

 

Dalal və Fatimə əl-Aruri bazar günü səhər saatlarında İordan çayının qərb sahilində keçirilən reydlər zamanı evlərində saxlanılıblar.

 

Qeyd edək ki, 2017-ci ildən HƏMAS-ın siyasi büro rəhbərinin müavini vəzifəsində çalışmış və hərəkatın ikinci komandiri hesab edilən Əl-Aruri yanvarın 2-də İsrailin pilotsuz təyyarəsinin Livanın paytaxtı ətrafına hücumu nəticəsində öldürülüb.

 

Gununsesi.info