İsraildə COVID-19-a qarşı hazırlanan “Paxlovid”in istifadəsinə icazə verilib

  • By admin
  • 26 Dekabr 2021 22:09

İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.

Qeyd edək ki, “Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.

Gununsesi.info