İsrailin “yüksək səviyyəli görüş” zamanı Yəməni hədəf aldığı iddia edilir

  • By Admin2
  • 29 Avqust 2025 13:01

İsrail ordusu Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil edib. İsrail, görüş zamanı husilərin yüksək səviyyəli hərbi və siyasi rəsmilərinin hədəf alındığını iddia edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Husilərə bağlı Əl-Məsirə telekanalı İsrail ordusunun husilərin nəzarətində olan Sənaya 10-dan çox hava hücumu təşkil etdiyini bildirib.

Anadolu Agentliyinin (AA) müxbiri Husilərin lideri Əbdülməlik əl-Hutinin çıxışı zamanı İsrail ordusunun hücuma keçdiyini və paytaxtın bir neçə bölgəsində də partlayışların baş verdiyini bildirib.

İsrail ordusu X sosial media platformasındakı hesabında Sanada husilərin hərbi hədəfinin vurulduğunu açıqlayıb.

İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, müdafiə naziri Yisrael Katz ordunun komandanlıq mərkəzindən Yəmənə endirilən hava hücumlarını izləyib. Katz, Yəməndə İranın dəstəklədiyi husilərə dəfələrlə xəbərdarlıq etdiyini iddia edərək, “İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək” deyə hədələyib.

İsrailin dövlət televiziya kanalı KAN ordunun Sənaya hücumunda “aparıcı husi fiqurlarının hədəf alındığını” bildirib.

İsrail ordusunun radiosu həmçinin Sənaya hava hücumlarının yüksək rütbəli Husi hərbi və siyasi xadimlərinin görüş keçirməsi ilə bağlı kəşfiyyat məlumatlarından sonra həyata keçirildiyini bildirib.

Ordu radiosu görüş zamanı Husilərin yüksək rütbəli hərbi və siyasi rəsmilərinin hədəf alındığını, Husi lideri Əbdül-Malik əl-Husinin də görüşdə iştirak etmədiyini iddia edib.

Orxan

Gununsesi.info