İstanbulda girov saxlanılan 101 əcnəbi azad olundu – Fotolar

  • By admin
  • 13 Mart 2021 22:08

Türkiyənin İstanbul şəhərində polis genişmiqyaslı əməliyyat keçirib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatla Silivridə doqquz villa kirayələyib kriptovalyuta çağırış mərkəzi quran şübhəlilər saxlanılıb.

HTML tutorial

18 çinli şübhəlinin 101 nəfərin pasportlarını ələ keçirərək, onları məcburi şəkildə işlətdiyi, saxlanıldıqları villalardan çıxmasının yasaqlandığı üzə çıxıb.

Şübhəlilərin Çində yaşayan vətəndaşlara qarşı kriptovalyuta məsləhətçiliyi adı ilə fırıldaqçılıq etdiyi üzə çıxıb.

18 çinli şübhəlinin Türkiyədə işləmək adı ilə Çindən kompüter mühəndisi və proqramçılardan ibarət 101 nəfər gətirdiyi məlum olub.

Hadisənin üstü gecə saatlarında villadan qaçmağı bacaran iki çinlinin polisə müraciət etməsindən sonra açılıb. Əməliyyatla 101 işçi və 18 şübhəli saxlanılıb. Günahsız olduğu və ölkəyə turist vizası ilə gəldiyi üzə çıxan çinli işçilər Vilayət Miqrasiya İdarəsinə aparılıb.

Əməliyyatda 1 milyon 500 min TL pul, 712 mobil telefon, 112 kompüter, 677 simkart, pulsayma maşını və çox sayda harddisk ələ keçirilib. Məhkəməyə çıxarılan 18 şübhəlidən altısı həbs olunub.

Gununsesi.info