Azərbaycanda itkin düşən 12 nəfər tapılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, avqustun 22-də və 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.












